Finss.az - İranın Yol və Şəhərsalma naziri Farzana Sadeq İrəvanda jurnalistlərə bildirib ki, ölkədə artıq Culfa şəhərinə qədər dəmir yolu mövcuddur. Xəttin Naxçıvandan İrəvana qədər uzadılması təsdiqlənib və bu addım region ölkələri arasında nəqliyyat əlaqələrini gücləndirəcək.
Nazir əlavə edib ki, Fars körfəzi ilə Qara dəniz arasında birləşmə region üçün strateji əhəmiyyət daşıyır.
Bundan başqa, iki ölkə sərhədində Nürdüzdə ikinci körpünün tikintisi, mövcud körpü və terminalların təkmilləşdirilməsi, eləcə də yük avtomobilləri üçün tariflərin düzəlişi üzrə ilkin razılaşma əldə olunub.
Layihənin reallaşdırılması İran, Qafqaz və Avropa arasında yük tranzitini artıracaq və region ölkələri üçün yeni iqtisadi imkanlar yaradacaq.
© day.az
Eləcədə bax: Prezident İlham Əliyev “Goldman Sachs” nümayəndəsini qəbul edib